Ukrayna hərbçilərinin Avropada təlimi tam sürətlə davam edir

Ukrayna hərbçilərinin Avropada təlimi tam sürətlə davam edir

3 Dekabr 2022 21:21
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukrayna hərbçilərinin Avropada təlimi tam sürətlə davam edir. O, Polşanın Bjeq şəhərində təlim-məşq toplanışında olub.

Oxuməni.az xəbər verir ki, Avropa İttifaqı proqramı çərçivəsində artıq Ukrayna Silahlı Qüvvələrinin 1100 nümayəndəsi orada təlim keçir.
Ümumilikdə iki il ərzində 15 minə yaxın ukraynalı hərbçinin hazırlanması planlaşdırılır. Bu proqram Avropa İttifaqı tarixində ən böyük proqramdır . 20 Avropa İttifaqı ölkəsini əhatə edir. Bu plan Avropa büdcəsinə 100 milyon avrodan çox başa gələcək.

Emin Axund, Oxuməni.az