Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvilinin azadlığa buraxılması mümkün deyil

Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvilinin azadlığa buraxılması mümkün deyil

19 İyul 2023 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

İndiki mərhələdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini cəza çəkməkdən azad etmək və ya ona möhlət vermək imkanı yoxdur.

Oxuməni.az xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalına müsahibəsində Ədliyyə naziri Rati Breqadze deyib.

Breqadze Saakaşvilini hər hansı bir şəxslə, o cümlədən Ukraynada Gürcüstan tərəfindən axtarışda olan cinayətkarla dəyişmək mümkündürmü? sualına belə cavab verib:

“İndiki mərhələdə bizim səlahiyyətimiz çərçivəsində bu şəxsin-Saakaşvilinin nə cəza çəkməkdən azad edilməsi, nə də onun kiminləsə dəyişdirilməsi imkanları yoxdur”.

Breqadze Gürcüstan hakimiyyətinin eks-prezidentin Ukraynada, məsələn, Kiyevin zəmanəti altında cəzasını çəkməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib ki, belə bir şeyi ağlınıza belə gətirməyin: "O, öz cəzasını Gürcüstanda çəkməlidir və bunun hər hansı alternativ yolu yoxdur".

Əziz Mustafa