ABŞ kənd təsərrüfatını dəstəkləmək üçün Ukraynaya 250 milyon dollar ayırıb
ABŞ Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Kiyevə əlavə 250 milyon dollar ayırıb.
Oxuməni.az xəbər verir ki, qərar Kənd Təsərrüfatının Dayanıqlılığı Təşəbbüsü-Ukrayna (AGRI-Ukraine) çərçivəsində qəbul edilib.
Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, bu, ABŞ hökumətinin proqrama yatırdığı ümumi investisiyanı 350 milyon dollara çatdırır. Bu bəyanat Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsinin dayandırılması fonunda verilib.
“Əlavə 250 milyon ABŞ dolları ilə USAID suvarma, taxıl elevatorları, daşıma qurğuları, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsinə kömək edir. USAİD həmçinin kiçik və orta kənd təsərrüfatı müəssisələrinin 2023-cü il əkin və məhsul yığımı planlarını yerinə yetirmək üçün ehtiyac duyduqları maliyyə və kənd təsərrüfatı resurslarına çıxışı təmin etmək üçün dəstəyini genişləndirəcək”, - deyə agentliyin bəyanatında bildirilib.
Əziz Mustafa