Qırğızıstan 2,5 il ərzində hərbi texnikanın alınmasına 125 milyard som xərcləyib

Qırğızıstan 2,5 il ərzində hərbi texnikanın alınmasına 125 milyard som xərcləyib

20 İyul 2023 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan 2,5 il ərzində silahlı texnikanın yenilənməsi üçün 125 milyard som vəsait ayırıb.

Oxuməni.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Nazirlər Kabinetinin iclasında bildirib. O xatırladıb ki, 2005-2020-ci illərdə silahlı texnikanın yenilənməsinə 3-5 milyard som vəsait ayrılıb.

Müqayisə üçün o deyib ki, hərbi xərclərə 2021-ci ildə 32 milyard som, 2022-ci ildə 53 milyard som, 2023-cü ilin altı ayı üçün 40 milyard somdan çox pul xərcləyiblər:

“2,5 il ərzində hərbi xərclərə 120 milyard somdan çox pul xərcləmişik. Bu, olduqca böyük vəsaitdir”.

Taşiyevin sözlərinə görə, ordunun ehtiyacları üçün Bayraktar, Aksunqur, Akıncı pilotsuz təyyarələri, “Peçora” zenit-raket kompleksi, Mi-8, Mi-17 helikopterləri alınıb.

“Bütün bunlar bizə hədiyyə kimi verilməyib, onlar dövlət büdcəsi hesabına alınıb”, - deyə o bildirib.

Əziz Mustafa