Moskva yenidən dronların hücumuna məruz qalıb
Moskva meri Sergey Sobyanin bazar ertəsi, iyulun 24-də paytaxtən pilotsuz təyyarələrlə vurulduğunu bildirib.
Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, hücum səhər saat dörd radələrində baş verib: "Pilotsuz təyyarələr “iki qeyri-yaşayış binasını” vurub, ciddi dağıntılar və tələfat olmayıb".
Agentliklərin məlumatına görə, onlardan biri Rusiya müdafiə departamentinin binası yaxınlığında düşüb.
“Bu gün səhər saat dörd radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - deyə Sobyanin yazıb.
Telegram kanalları Moskvada hündürmərtəbəli binalardan qalxan tüstünün, eləcə də şəhər üzərində yüksək səslə uçan təyyarənin əks olunduğu videolar yayımlayıb.
“Diqqət, Moskva” kanalı Komsomolski prospektindəki Xamovnikidə pilotsuz təyyarənin hücumundan sonra yaşayış binasının zədələndiyini - mənzillərin pəncərələrinin partladığını yazıb. Birinci mərtəbədəki vitrinlər də dağıdılıb.
Əziz Salamoğlu