Gürcüstanda polis içində ruslar olan laynerə etiraz edənləri saxlayıb
Batumidə polis göyərtəsində rusların olduğu "Astoria Grande" kruiz gəmisinin gəlişinə qarşı keçirilən aksiyada iştirak edən etirazçıları saxlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Batumelebi telekanalı məlumat yayıb.
Yerli vaxtla gecə yarısı Batumi limanında başlayan aksiyada vətəndaş fəalları və gürcü müxalifətinin nümayəndələri iştirak ediblər.
İyulun 27-də Rusiyadan olan turistlərin olduğu "Astoria Grande" kruiz layneri Soçidən Gürcüstanın Batumi limanına gəlib. Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi gəminin Seyşel adalarında qeydiyyatdan keçdiyini və beynəlxalq sanksiyalara məruz qalmadığını bildirib. Bununla bağlı Batumidə etiraz aksiyaları keçirilib. Müxalifət bəyan edib ki, laynerdə olan bəzi ruslar Abxaziya və Cənubi Osetiyaya daha əvvəl səfər etməklə Gürcüstanın “İşğal haqqında” qanununu poza bilərdilər. Gəmi Batumi limanını nəzərdə tutulduğundan tez tərk edib.
Əziz Mustafa