FTB Ekvador prezidentliyinə namizədin öldürülməsini araşdıracaq
Ekvador prezidenti Gilyermo Lasso ABŞ Federal Təhqiqatlar Bürosundan prezidentliyə namizəd Fernando Villavisensionun qətlinin araşdırılmasına köməklik göstərməyi xahiş edib.
Oxuməni.az xəbər verir ki, bu barədə məlumat Ekvador prezidentinin mətbuat xidməti tərəfindən yayılıb.
“Mən FTB-dən prezidentliyə namizəd Fernando Villavicencio-nun qətlinin araşdırılmasında kömək istədim. FTB bizim tələbimizi qəbul etdi və onların nümayəndə heyəti yaxın saatlarda ölkəyə gələcək”, - deyə Lasso X-də (keçmiş Twitter) yazıb.
Əziz Salamoğlu
Digər xəbərlər


















.jpg)
.jpg)
.jpg)
























.jpg)





































