Gürcüstanda keçirilən seçkilərdə səslərin yenidən hesablanması Mərkəzi Seçki Komissiyasının məlumatlarını təsdiqləyib

Gürcüstanda keçirilən seçkilərdə səslərin yenidən hesablanması Mərkəzi Seçki Komissiyasının məlumatlarını təsdiqləyib

31 Oktyabr 15:56
Bəyəndim (10) Bəyənmədim (0)

“AFP”-nin cümə axşamı, oktyabrın 31-də ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, Gürcüstanda parlament seçkiləri ilə bağlı bülletenlərin qismən yenidən sayılması hakim “Gürcü arzusu” partiyasının qələbəsini təsdiqləyib.
Mərkəzi Seçki Komissiyasının bəyanatında deyilir ki, seçicilərin 14 faizinin səs verdiyi seçki məntəqələrinin 12 faizində bülletenlərin yenidən sayılması “əvvəlcədən elan edilmiş rəsmi nəticələrdə ciddi dəyişikliyə səbəb olmayıb”. Hesabatda deyilir ki, yenidən hesablanmış seçki məntəqələrinin doqquz faizində yekun protokollar “yalnız bir qədər dəyişib”.
Oktyabrın 29-da səslərin təkrar hesablanması baş tutub. Yenidən sayılması üçün məntəqələr püşkatma yolu ilə seçilib.
Almaz Həsənli