Neftin qiyməti yenidən kəskin ucuzlaşıb

Neftin qiyməti yenidən kəskin ucuzlaşıb

12 May 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)


Dünya bazarlarında "qara qızıl"ın qiyməti yenidən kəskin ucuzlaşmışdır. "Bloomberg"in məlumatına görə, Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 4,88 dollar ucuzlaşaraq 99,72 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barelinin qiyməti 4,48 dollar azalaraq 113,95 dollar olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildirmişlər ki, ötən gün "Azəri Layt" markalı neftin bir bareli isə beynəlxalq birjalarda 1,85 dollar enərək 119,34 dollara satılmışdır.

"Qara qızılın qara günləri davam edir"

Tofiq Əliyev

O.M.