Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşəcək

Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşəcək

21 Aprel 2014 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev aprelin 28-də Masallıdakı Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.