Nazir: “Təhsilin keyfiyyətinə nəzarət gücləndirilir”

Nazir: “Təhsilin keyfiyyətinə nəzarət gücləndirilir”

16 Oktyabr 2014 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxılır. Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr elan olunacaq. Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir və bu istiqamətdə artıq müəyyən işlər həyata keçirilir".

Apa-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək. Təhsil naziri orta ixtisas təhsilində tətbiq olunan yeniliklər barədə danışarkən yeni kolleclərin yaradıldığını deyib. M.Cabbarov qeyd edib ki, bu sahədə təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Nazir onu da deyib ki, Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas təhsili sistemində də tətbiqinə başlanılıb.

Mediainfo.az