Dollar və avroda bahalaşma baş verib - BU GÜNƏ OLAN MƏZƏNNƏ

Dollar və avroda bahalaşma baş verib - BU GÜNƏ OLAN MƏZƏNNƏ

19 İyul 2016 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Mediainfo.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 18-i ilə müqayisədə 0,2% artaraq 1,5631 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7313 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,81% bahalaşaraq 0,0248 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsi isə manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,46% azalaraq 0,5240 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0659 manatdır. Beləliklə, funt sterlinq də 0,01%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi isə 0,53% möhkəmlənərək 0,6666 manata yüksəlib.

Mediainfo.az