Xaçmazda imkansız abonentlərin təbii qaz borclarını Qaz İstismar Sahəsi ödədi
Xaçmaz rayonunda 2184 abonentin təbii qaz borcunun 70-80 faizi silinib. Bu barədə Qaz İstismar Sahəsinin (QİS) rəisi Azad Yaqubov məlumat verib. Həmin abonentlər borcu 50 manatdan yuxarı olan imkansız və şəhid ailələridir. Məbləğ QİS-nin əlavə vəsaiti hesabına ödənilib. Ödənilən məbləğ həmin abonentlərin borclarının 70-80 faizini təşkil edib. Borcların ödənilməsi haqqında abonentlərə bildirişlər paylanılıb. Borcu ödənilən şəxslərin seçilməsi Xaçmaz rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. Xaçmaz QİS-dən o da bildirilib ki, idarənin hesabında olan əlavə vəsait prezident İlham Əliyev 2009-cu il dekabr 29-da verdiyi sərəncamla bağlıdır. Həmin vaxt ölkə başçısı təbii qazdan istifadə edən abonentlərin bütün borclarının silinməsi haqqında sənəd imzalayıb. Xaçmaz rayon QİS-nin hesabına 6.5 milyon manat vəsait köçürülüb. Bütün borclar ödənildikdən sonra idarənin hesabında 218 990 manat əlavə pul qalıb. Yerdə qalan vəsait də yenidən borcların silinməsinə sərf olunub.
O.M.


















































































.jpg)
.jpg)







