SİYAHI-Sovet əmanət kassalarında qalmış borclar 2013-cü ilin sonunadək ödəniləcək
Prezident İlham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və o bankın hüquqi varisi "Kapital Bank" ASC-də bu fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə o hesabdakı qalıqlar nəzərə alınmaqla fərdi birdəfəlik ödəmələr verilsin. Əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabradək başa çatdırılır. "Kapital Bank" ASC birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
|
Əmanət qalığı |
Qaytarılacaq məbləğ |
|
2000 rubl |
300 manat |
|
3000 rubl |
400 manat |
|
4000 rubl |
500 manat |
|
5000 rubl |
600 manat |
|
6000 rubl |
680 manat |
|
7000 rubl |
760 manat |
|
8000 rubl |
840 manat |
|
9000 rubl |
920 manat |
|
10 000 rubl |
1 000 manat |
|
15 000 rubl |
1 250 manat |
|
20 000 rubl |
1 500 manat |
|
25 000 rubl |
1 750 manat |
|
30 000 rubl |
2 000 manat |
|
35 000 rubl |
2 250 manat |
|
40 000 rubl |
2 500 manat |
|
45 000 rubl |
2 750 manat |
|
50 000 rubl |
3 000 manat |
|
60 000 rubl |
3 500 manat |
|
70 000 rubl |
4 000 manat |
|
80 000 rubl |
4 500 manat |
|
90 000 rubl |
5 000 manat |
|
100 000 rubl |
5500 manat |
O.M.


















































































.jpg)
.jpg)







