"Black Berry"nin ən incələri
"Research In Motion" 3-5 may tarixləri
arasında Orlandoda "BlackBerry World" konfransını təşkil edir. Dünən
isə şirkət "Black Berry"nin ən güclü və ən incə "Bold"
telefonlarını tanıtdı.
"Bold 9900" və "9930" həm vəsaiti, həm də xarici görünüşü ilə
klassik "Bold" xəttini təqib edir. Çərçivələri paslanmayan
poladdan olan bu telefonlar 10,5 mm-lik incəlikləri ilə bu ana qədərki ən nazik
"Bold" telefonları özəlliyini daşıyır. Qeyd edək ki, yeni aparatlar
4G platformasını dəstəkləyir.
Telefonlar kiçilsə də, qulaqlar kiçilmir.
Günel Həbib
O.M.
Digər xəbərlər