Avropalılar qarpızı dördbucaq, bananı düz bilirlər
Avropa bazarlarındakı meyvələr adət olunandan fərqlidir
Avropa Birliyi ölkələri yenilikləri ilə dünyanı təəccübləndirməkdə davam edir. Daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq üçün Avroməkan standart ərzaq məhsullarının dövriyyəsini təşkil edir. Standart dedikdə, xüsusi ilə Avropa bazarları üçün nəzərdə tutulan ərzaq və kənd təsərrüfatı məhsulları nəzərdə tutulur. Belə ki, artıq bir neçə ildir Avropada satılan qarpızlar yumru deyil, dördbucaq şəklindədir. Yeri gəlmişkən, Avropa üçün istehsal olunan bananlar da adət etdiyimizin əksinə olaraq düz xətt formasındadır.
O.M.
Digər xəbərlər