Ermənistan Müdafiə Nazirliyi daha 54 erməni əsgərinin öldürüldüyünü bildirib

Ermənistan Müdafiə Nazirliyi daha 54 erməni əsgərinin öldürüldüyünü bildirib

2 Oktyabr 2020 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir.

Oxuməni.az bildirir ki, qondarma “Dağlıq Qarabağ”ın rəsmisi Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər.

O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, işğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçisinin həlak olduğunu etiraf edib.

Oxuməni.az