Lavrov: "Rusiya-Türkiyə münasibətləri Suriya böhranı üzrə qarşılıqlı anlaşmadan asılı olacaq"

Lavrov: "Rusiya-Türkiyə münasibətləri Suriya böhranı üzrə qarşılıqlı anlaşmadan asılı olacaq"

22 İyul 2016 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Moskva Türkiyənin onu eşitməsindən məmnundur.

"Report" "Regnum"a istinadən xəbər verir ki, bu barədə beynəlxalq forumda çıxış edərkən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Türkiyə ilə münasibətlərin 2015-ci ilin noyabrında qədər və ondan sonra necə inkişaf etdiyi hamıya məlumdur. Hesab edirik ki, bu hadisə arxasında kimin durmasından asılı olmayaraq, Türkiyə tərəfinin qəbuledilməz davranışın göstərir. Biz qəti mövqe nümayiş etdirdik: bu, hücum idi və ona haqq qazandıra bilməzdik. Türkiyənin bizi eşitməsi Rusiya tərəfində məmnunluq hissi yaşatdı", - deyə S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, indi münasibətlərin bərpası üzrə işlər aparılır.

"Müntəzəm uçuşlar bərpa edilib, hökumətin iqtisadi blokları arasında əlaqələr bərpa olunacaq", - deyə, o əlavə edib.

Bununla yanaşı, Rusiya XİN başçısı "etimadın bərpa"sı termininin mücərrəd kateqoriyaya aid olduğunu bildirib.

"Hər şey əlaqələrə necə yanaşacağımızdan, əsasən də Suriya böhranı üzrə qarşılıqlı anlaşmadan asılı olacaq", - deyə S.Lavrov diqqətə çatdırıb. O, Türkiyənin bu məsələlərdə lazımi cavabı verəcəyinə və terrorçulara qarşı lazımi tədbirləri görəcəyinə ümid etdiyini də dilə gətirib.

Mediainfo.az