Taekvondoçularımız ilk görüşdə məğlub olub

Taekvondoçularımız ilk görüşdə məğlub olub

2 May 2011 10:41
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən Cənubi Koreya Respublikasının Gyonqju şəhərində taekvondo üzrə dünya çempionatına start verilib.


Yarışda 149 ölkədən 1050-dək idmançı qatılıb. İştirakçıların sayının çox olması rekord say kimi qeydə düşüb.


Azərbaycan taekvondoçularından iki nəfər çempionatın ilk günü mübarizəyə qatılsa da, ikinci görüşlərdə yarışı dayandırmalı olublar. Əvvəlcə Türkanə Tahirli (-49 kq) Əlcəzairli rəqibinə qızıl xalla qalib gəlsə də ikinci dövrədə meksikalı idmançıya məğlub olub. Ardından Ziya Qasımov (-58 kq) çempionata kiprli idmançı üzərində qələbə ilə başlayıb. Lakin onun üçüncü dövrəni adlamasına portuqaliyalı taekvondoçu imkan verməyib. Beləliklə dünya çempionatına qələbə ilə başlayan milli komandamız iki medal şansını əldən verib.


Bu gün daha iki idmançımız yarışa başlayacaq. Medallara namizədlərdən Ramin Əzizov (-80 kq) ikinci dövrədə Benin-Gürcüstan qarşılaşmasının qalibi ilə görüşəcək. Nigar Hacıyeva (-53 kq) isə Niderlandın Antil adalarının təmsilçisi ilə birinci dövrədə döyüşəcək.


Qeyd edək ki, yüksək səviyyədə təşkil edilən yarışa maraq böyükdür. Dünya çempionatına mayın 6-da yekun vurulacaq.