Tver yaxınlığındakı bağ evində 4 ölü uşaq tapılıb
Region Prokurorluğu xəbər verir ki, Rusiyanın Tver vilayətində fərdi evdə dörd uşağın meyiti tapılıb. “TASS” xəbər verir ki, hadisə barədə məlumat Kalinin bələdiyyə dairəsinin “Mejurka” SNT-dən (SNT -Bağçılıq qeyri-kommersiya ortaqlıqları) daxil olub.
Ölümün səbəbləri və digər hallar müəyyənləşdirilir. Müstəntiqlər və kriminoloqlar, həmçinin Tver vilayəti prokurorunun birinci müavini Yevgeni Denisov faciə yerinə gediblər.
“Mash” ın sözlərinə görə, atanın uşaqların qətlində əli olub,o intihara cəhd edib. Uşaqların dördünün də 7 yaşı tamam olmamışdı. Həmin şəxs saxlanılıb və dindirilir.
Almaz Həsənli
Digər xəbərlər