Rusiya müdafiə nazirinin müavini Timur İvanov həbs edilib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov həbs edilib

24 Aprel 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya müdafiə nazirinin müavini Timur Vadimoviç İvanov rüşvət almaqda şübhəli bilinərək həbs edilib. Bu barədə xarici mətbuat məlumat yayıb. Məlumatda qeyd edilir ki, nazir müavini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsilə (rüşvət alma) ittiham olunur.

Xatırladaq ki, Timur İvanov Rusiya Federasiyasının fəal dövlət müşaviri, 1-ci dərəcəli, iqtisad elmləri namizədidir.

O, 2012-ci ildə Moskva vilayəti hökuməti sədrinin müavini vəzifəsində çalışıb. 2013-2016-cı illərdə - Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan «Oboronstroy ASC»-nin baş direktoru, 2016-cı il mayın 23-də isə Rusiya prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini təyin edilib…

Oxuməni.az