Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı artmaqda davam edir

Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı artmaqda davam edir

24 Aprel 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstinin müstəqilliyini tanıyan ölkələrin sayı artmaqda davam edir. Onların sıralarına daha bir dövlət-Yamayka da qoşulub.

Bununla bağlı Yamayka xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir ki, Fələstinin haqq işini dəstəkləyir və onun dövlət kimi beynəlxalq aləmdə mövcudluğunu rəsmi şəkildə tanıyırıq.

Yamaykanın xarici işlər naziri Kamina Conson Smitin fikrincə, nə qədər çox ölkə Fələstinin müstəqilliyini tanısa, o qədər də Yaxın Şərqdə sabitlik yaranacaq və buradakı müharibəyə son qoyulacaq.

O eyni zamanda qeyd edib ki, Yamayka münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır.

Oxuməni.az