Braziliya prezidenti Luiz İnasio Lula da Silva  bu ilin oktyabr ayında Rusiyaya səfər edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bu ilin oktyabr ayında Rusiyaya səfər edəcək

24 Aprel 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bu ilin oktyabr ayında Rusiyaya səfər edəcək.

Bunu Braziliyanın Rusiyanın paytaxtı Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo de Lima Baena Soareş mətbuata açıqlamasında bəyan edib. Onun sözlərinə görə, prezidentin səfərindən məqsəd Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilməsi nəzərdə tutulan BRİKS sammitində iştirak etməkdir.

Səfir həmçinin qeyd edib ki, prezident Luiz İnasio Lula da Rusiyaya səfəri çərçivəsində prezident Valdimir Putinlə görüşərək iki ölkə arasında hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi yollarını və digər məsələləri müzakirə edəcək.

Oxuməni.az