Azərbaycanı nüvə silahı ilə hədələmişdi – Moskvada saxlanıldı

Azərbaycanı nüvə silahı ilə hədələmişdi – Moskvada saxlanıldı

24 Aprel 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı politoloq Mixail Aleksandrov Moskvada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb.

Yaxınları ilə telefon danışığında ekspert səhər saatlarında saxlanıldığını, polis bölməsinə evindən aparıldığını söyləyib.

Hələlik onun hansı ittiham üzrə saxlanıldığı bəlli deyil.

Mixail Aleksandrov ötən ilin yanvarında Azərbaycana qarşı təxribatçı fikirlərinə görə işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub. Ermənipərəst ekspert Rusiyanı Bakını bombalamağa çağırmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq, Aleksandrov barəsində beynəlxalq axtarış elan edib.

Aleksandrov son olaraq aprelin 3-də Azərbaycanı nüvə silahı ilə hədələmişdi.