Erkək olduğu bildirilsə də sonradan dişi çıxdı

Erkək olduğu bildirilsə də sonradan dişi çıxdı

24 Aprel 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada qəribə hadisə baş verib. Belə ki, erkək olduğu bildirilərək zooparka gətirilən begemotun DNT testi nəticəsində 7 ildən sonra dişi olduğu müəyyən olunub. Yaponiyadakı Osaka Tennoji zooparkından verilən açıqlamada belə qeyd olunub.

Zooparka gəldiyi zaman cəmi 5 yaşında olan begemotun ölkəyə giriş sənədlərində erkək kimi yazıldığı bildirilsə də, sonradan onun dişi olduğu ortaya çıxıb. Tezliklə begemotun cinsinin sənəd üzərində dəyişdirilməsi planlaşdırılır.

Oxuməni.az