Ukrayna Böyük Britaniyadan dağıdıcı silahlar alacaq

Ukrayna Böyük Britaniyadan dağıdıcı silahlar alacaq

24 Aprel 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Böyük Britaniyadan dağıdıcı silahlar almağa hazırlaşır.

Rusiyanın təcavüzünə qarşı müharibədə Ukraynaya ən müasir silahlarla yardım edən Böyük Britaniya bu dəfə adı çəkilən ölkəyə "Paveway IV" dəqiq idarə olunan bombalar göndərəcək.

Bununla bağlı "Daily Telegraph"ın yazdığına görə, bu bombaları həm "F-16", həm də sovet istehsalı olan təyyarələrdən də buraxmaq olur.

Qeyd edək ki, Böyük Britaniya ilk dəfə bu bombalardan Əfqanıstanda istifadə edib. Lazerlə idarə olunan "Paveway IV" bombalarının çəkisi 227 kiloqram hesab edilir. Onlar böyük dağıdıcı gücə malikdirlər.

Oxuməni.az