Belarusun Qərb sərhədlərində gərginlik artır

Belarusun Qərb sərhədlərində gərginlik artır

26 Aprel 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus ölkənin qərbində gərginliyin artdığını açıqlayıb.

Belarusun qərbində, Polşa və Pribaltika ölkələri ilə sərhəddə gərginlik gündən-günə artır və havadan müharibə qoxusu gəlir.

Bunu Belarus Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko TASS-a açıqlamasında deyib. Onun sözlərinə görə, Pribaltika və Polşa ilə sərhəddə böyük həcmdə qoşunlar cəmləşib və onlar arasında NATO- elit təyinatlı gücləri də var. Muraveyko Belarusun heç bir ölkəyə hücum etmək fikrində olmadığını, lakin istənilən təcavüzə də cavab verəcəyini vurğulayıb.

Oxuməni.az