İmam səhər namazına gedərkən öldürüldü

İmam səhər namazına gedərkən öldürüldü

26 Aprel 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Hatayda səhər namazı üçün məscidə gedən imam məscidin həyətində silahlı hücuma məruz qalıb.

Hücum nəticəsində imam dünyasını dəyişib. Araşdırma nəticəsində məlum olub ki, imama hücum edən şəxs onun köhnə qonşusu olub. Qətli törədən şəxsin imamla düşmənçilik etdiyi üzə çıxıb.

Məscidin həyətində baş verən hadisədə yaralı imama ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Xəsarət alan imam xəstəxanada dünyasını dəyişib. Məlum olub ki, İmam Həsən İnci 4 uşaq atasıdır.

Oxuməni.az