Tramp Somalilendin müstəqilliyini tanıya bilər
ABŞ-ın seçilmiş prezidentinin vəzifəyə başladıqdan sonra verdiyi qərarlardan biri Somalilendin müstəqilliyini və suverenliyini tanımaq ola bilər. “TASS” bu barədə “TİFA” mərkəzinin əməkdaşı, amerikalı politoloq Tomas Vulfa istinadən yazır.
“O, son prezidentlik dövründə bu addıma yaxın olub və bunu təkcə prezident seçkilərində uduzduğu üçün həyata keçirməyib. Deməli, çox güman ki, belə görünür”, – ekspert deyib.
Vulf izah edib ki, Qırmızı dənizdəki Berbera limanı Birləşmiş Ştatlar üçün böyük strateji maraq kəsb edir, ola bilsin ki, gələcəkdə ABŞ rəsmiləri burada öz hərbi dəniz bazasını yerləşdirməyə qərar verəcəklər.
Bundan əlavə, analitikin fikrincə, Vaşinqton Moqadişonun federal hökumətindən məyus olub: o, Somalinin Somalilend üzərində hüquqlarını dəstəkləyirdi, çünki bunun ölkədə sabitliyə töhfə verəcəyinə inanırdı, lakin bu baş vermədi.
Somalinin şimal-qərbində Qırmızı dənizin sahillərində yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada müstəqilliyini hələ beynəlxalq aləm tərəfindən tanınmadan elan edib. Somalilendın indi öz valyutası, ordusu və pasportu var.
Almaz Həsənli