“NATO”-da münaqişə vəziyyətində Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırdılar
“NATO” alyans ölkələri ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə qabaqlayıcı “yüksək dəqiqlikli zərbələr” endirməyi müzakirə edir. Bunu Brüsseldə keçirilən konfransda blokun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
O, “NATO”-nun müdafiə alyansı kimi mahiyyətinə münasibətini dəyişməsini müsbət adlandırıb. Bundan əlavə, “oturub bizə hücum edənə qədər gözləmək” və yalnız bundan sonra reaksiya vermək lazım olduğu fikri də dəyişdi.
“Gözləmək yox, Rusiya bizə hücum edərsə, Rusiyada buraxılış qurğularını vurmaq daha ağıllıdır. Bizə hücum etmək üçün istifadə edilən sistemləri sıradan çıxaracaq yüksək dəqiqlikli zərbələrin kombinasiyası lazımdır və biz ilk zərbəni vurmalıyıq”, - deyə “RBC” admiraldan sitat gətirib.
Bauerin sözlərinə görə, “NATO” indi tükənmiş silah ehtiyatlarını doldurmalı, hava hücumundan müdafiə və dəqiq zərbə sistemlərinə sərmayə qoymalıdır.
Almaz Həsənli