Suriya prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal edilir

Suriya prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal edilir

8 Dekabr 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya prezidenti Bəşər Əsəd təyyarə qəzasında öldüyü ehtimal edilir. Onun təyyarəsi qəribə marşrutla uçaraq radarlardan itib. Bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin istinad etdiyi Flightradar saytının məlumatına görə, Suriya Hava Qüvvələrinə məxsus təyyarə paytaxt üsyançılar tərəfindən tutulduğu vaxtlarda Dəməşq hava limanından havaya qalxıb.

Təyyarə əvvəlcə Əsədin ələvi təriqətinin qalası sayılan Suriyanın sahil bölgəsinə doğru uçsa da, daha sonra kəskin dönüş edib və bir neçə dəqiqə əks istiqamətdə uçaraq xəritədən itib.

Reuters təyyarədə kimin olduğunu dərhal müəyyən edə bilməyib. Eyni zamanda, Suriyadakı iki mənbə nəşrə bildirib ki, “Əsədin təyyarə qəzasında ölməsi ehtimalı çox yüksəkdir, çünki təyyarənin niyə gözlənilməz dönüş edib xəritədən itdiyi sirr olaraq qalır”.

Oxuməni.az