Türkiyə Suriya ilə sərhəddə 2013-cü ildən bağlı olan keçid məntəqəsini açacaq

Türkiyə Suriya ilə sərhəddə 2013-cü ildən bağlı olan keçid məntəqəsini açacaq

10 Dekabr 2024 07:56
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyə ev sahibliyi etdiyi milyonlarla suriyalı miqrantın təhlükəsiz və könüllü qayıtmasını təmin etmək üçün Suriya ilə sərhədindəki Yayladağı keçidini açır. Döyüşlər səbəbindən keçid 2013-cü ildən bağlanıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hər hansı tıxacın qarşısını almaq və hərəkəti asanlaşdırmaq üçün Yayladağı sərhəd-keçid məntəqəsini açırıq. Miqrantların könüllü qayıtması prosesini də idarə edəcəyik", - Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da Ankaranın suriyalı miqrantların təhlükəsiz və könüllü şəkildə evlərinə qayıtması üçün çalışacağını bildirib.

Qeyd olunur ki, Türkiyə 4 milyona yaxın suriyalı miqrant və qaçqına ev sahibliyi edir.

Oxuməni.az