ABŞ Ukraynaya  847 "Patriot" zenit-raket kompleksləri verib

ABŞ Ukraynaya 847 "Patriot" zenit-raket kompleksləri verib

10 Dekabr 2024 19:11
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Ukraynaya ümumilikdə 3,26 milyard dollar dəyərində ən azı 847 Patriot Advanced Capability-3 (PAC-3) zenit raketləri təhvil verib.

Noyabrda Rusiyanın “Oreşnik” hipersəs raketindən uğurla istifadə etməsindən sonra Hollandiya Kiyevə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərib. ABŞ, öz növbəsində, sonrakı yardım paketlərinin bir hissəsi olaraq əlavə iki Patriot sistemini Ukraynaya verib.

İyun ayında Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi demişdi ki, Ukrayna istehsal xətlərindən çıxan kimi MSE raketlərini alacaq. O, bu tədarüklərin "növbəti 16 ay ərzində" davam edəcəyini söylədi. Eyni zamanda, ABŞ Ordusu əlavə MSE raketlərinin alınması üçün Lockheed Martin ilə 4,5 milyard dollarlıq müqavilə bağlayıb.

Oxuməni.az