
Batumidə dörd əcnəbi öldürülüb
Batumidə dörd əcnəbi öldürülüb, daha iki əcnəbi cinayət törətməkdə ittiham edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi xəbər verir.
Qurbanların və işdə iştirak edənlərin milliyyəti göstərilmir. Yalnız baş hərflər və doğum ili bildirilir. Cinayətə səbəb qisas almaq olub.
Cinayət dekabrın 7-də əcnəbilərin kirayə götürdüyü mənzildə baş verib, atışma olub. Nəticədə 19, 20, 24 və 27 yaşlı 4 nəfər həlak olub. Onlardan üç nəfər hadisə yerində, biri daha sonra xəstəxanada ölüb.Polis iki şübhəlini - 38 və 39 yaşlı xarici vətəndaşları saxlayıb. Onlar qaçmağa cəhd edərək avtomobili Tbilisi-Senaki-Leselidze magistral yolu ilə idarə ediblər.
Saxlanılan şəxslərdən odlu silahlar, daraq və patronlar götürülüb.
Cinayətkarları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. Faktla bağlı araşdırma aparılır.
Almaz Həsənli