Litva gələn il Ukraynaya hərbi təlimatçıların hazırlanmasında kömək edəcək

Litva gələn il Ukraynaya hərbi təlimatçıların hazırlanmasında kömək edəcək

13 Dekabr 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı ilkin hərbi hazırlıq təlimatçıları 2025-ci ildə Litvada təhsil almaq imkanı əldə edəcəklər.

Müvafiq razılıq Ukrayna müdafiə nazirinin müavini, ədliyyə briqadası generalı Sergey Melniklə Litva Respublikasının peşəkar hərbi təhsil üzrə beynəlxalq müşaviri Stasys Paldunas arasında keçirilən görüşdə əldə olunub.

Qeyd olunur ki, təlimin birinci mərhələsi Ukraynanın təlim mərkəzlərində NATO-nun müasir texnika və yanaşmalarını tətbiq edə biləcək 30 nəfərlik ukraynalı təlimatçıdan ibarət qrupu əhatə edəcək.

Hərbi təhsilin və döyüş hazırlığının təkmilləşdirilməsi Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifələrindən biridir.

Bundan əlavə, görüş zamanı döyüş atıcılığı üzrə təlim proqramlarının yenilənməsi perspektivləri müzakirə olunub.

Bildirilir ki, 2025-ci ildə Ukraynanın iki təhsil müəssisəsi əsasında NATO-nun yardımı ilə pilot layihəyə start verilməsi planlaşdırılır. Layihə çərçivəsində döyüş atıcılığı üzrə təlimatçılar üçün Alyansın standartlarına cavab verən müasir kursların yaradılması nəzərdə tutulur.

Oxuməni.az