ABŞ-da Suriya həbsxanasının keçmiş rəisini 100 ildən çox həbs cəzası gözləyir
Amerika Birləşmiş Ştatlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəhbəri Samir Osman əl-Şeyx məhbuslara işgəncə verməkdə ittiham olunur və onu 100 ildən çox həbs cəzası gözləyir.
Oxuməni.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
72 yaşlı müttəhim 2005-2008-ci illərdə Suriya həbsxanasına rəhbərlik edib. Məhkəmənin fikrincə, o, tabeliyində olan işçilərdən “siyasi və digər məhbuslara ağrı və əzab verməyi” tələb edib.
Əl-Şeyx 2020-ci ildə ABŞ-a mühacirət edib və üç ildən sonra vətəndaşlıq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, ştatlarda yaşamaq icazəsi almaq üçün cinayətləri barədə yalan danışıb.
Almaz Həsənli
Digər xəbərlər