İsveçrə Soyuq Müharibə dövründən qalma bomba sığınacaqlarını yeniləmək niyyətindədir
İsveçrə hökuməti nüvə münaqişəsi zamanı soyuq müharibə zamanı tikilmiş mülki müdafiə sığınacaqlarını modernləşdirməyi planlaşdırır. Bunu Vod kantonunun mülki müdafiə xidmətinin rəhbəri Lui Anri Delarajaz deyib.
“Növbəti illərdə İsveçrə Konfederasiyası mövcud qaydalardan bir sıra istisnaları aradan qaldırmaq və bir neçə köhnə sığınacaqları yeniləmək istəyir. Bu, münaqişəyə hazırlaşdığımız anlamına gəlmir, amma bizim sığınacaqlar şəbəkəmiz var və biz onların fəaliyyətini davam etdirməliyik”, - deyə o, Reuters agentliyinə bildirib.
Agentliyin qeyd etdiyi kimi, İsveçrə hökuməti köhnə bomba sığınacaqlarının modernləşdirilməsinə təxminən 220 milyon frank (təxminən 250 milyon dollar) ayırmağı planlaşdırır. Reuters-in məlumatına görə, İsveçrənin təxminən 9 milyon sakini, o cümlədən əcnəbilər və qaçqınlar, bombardmanlardan və nüvə radiasiyasından qorunmaq üçün bunkerdə yerlə təmin olunub.
Oxuməni.az