NATO müdafiə xərclərinin həcmini Trampla danışıqlardan sonra müəyyən edəcək
Gələn il NATO-nun müdafiə üçün ayıracağı yeni məbləğ müəyyən ediləcək. Bu qərar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqlardan sonra veriləcək.
Bunu Yunanıstanın baş naziri Kiryakos Mitsotakis deyib.
“Biz ABŞ-ın yeni prezidenti ilə danışanda məlum olacaq ki, NATO çərçivəsində hansı rəqəm üzərində razılaşacağıq”, - Mitsotakis qeyd edib.
Onun sözlərinə görə, NATO dövlətləri bilirlər ki, müdafiə üçün daha çox vəsait ayrılmalıdır.
Jurnalistin bu məsələ ilə bağlı sualına Mitsotakis konkret rəqəm verməkdən imtina edib.
“Bu, 2%-dən çox olacaq, lakin biz rəqəmin adını çəkməyəcəyik, çünki bizim hamımızın öz milli mülahizələrimiz var və unutmamalıyıq ki, biz Avropa çərçivəsində işləyirik”, - Mitsotakis deyib.
Oxuməni.az
Digər xəbərlər