Tramp Panama kanalını Panamadan geri götürməklə hədələyib

Tramp Panama kanalını Panamadan geri götürməklə hədələyib

10:14
Bəyəndim (1) Bəyənmədim (0)

Ölkə, gələcək Amerika prezidentinin sözlərinə görə, keçiddən istifadə haqqını çox yüksək təyin edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, əgər ölkə onun hesab etdiyi həddən artıq ödənişləri dayandırmasa, Panama kanalını Panamadan götürməklə hədələyib. “Hindustan Times” xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Panamanın aldığı rüsumlar gülüncdür, xüsusən də ABŞ-ın Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq,”- Tramp yazıb.

O, həmçinin kanalın “yanlış əllərə” keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, Tramp kanala (Çin tərəfindən) nəzarət edilməməli olduğunu yazaraq, keçidə mümkün Çin təsiri barədə xəbərdarlıq etmiş kimi görünür.

"Bu, başqalarının xeyrinə deyil, yalnız bizimlə və Panama ilə əməkdaşlıq əlaməti olaraq verilib. Əgər bu səxavətli ianə jestinin həm mənəvi, həm də hüquqi prinsiplərinə hörmət edilməzsə, o zaman Panama kanalının tam şəkildə və sorğu-sual edilmədən bizə qaytarılmasını tələb edəcəyik.”, - deyə o, yekunlaşdırıb.

“Hindustan Times” xatırladıb ki, ABŞ onilliklər ərzində keçidin ətrafındakı ərazini böyük ölçüdə tikib və idarə edib. Lakin 1999-cu ildə Birləşmiş Ştatlar hökuməti bir müddət ortaq idarəetmədən sonra Panama kanalına tam nəzarəti təhvil verdi.

Almaz Həsənli