Donald Tramp bildirib ki, ABŞ-da yalnız iki cins - kişi və qadın olacaq
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ABŞ-da yalnız iki cinsin - kişi və qadının tanınmasına çağırıb. Gələcək dövlət başçısı bu qərarı rəsmi səviyyədə möhkəmləndirməyi planlaşdırır. Donald Tramp Arizonadakı çıxışında bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, ABŞ-ın “Turning Point” konfransında iştirak edib.
"Tramp administrasiyası dövründə yalnız iki cinsin - kişi və qadının olması Birləşmiş Ştatların rəsmi siyasəti olacaq. Bu, xüsusilə mürəkkəb səslənmir, elə deyilmi?" – Donald Tramp qeyd edib.
Konfrans iştirakçıları ABŞ-ın seçilmiş prezidentini dəstəkləyiblər. Donald Trampın müvafiq bəyanatından sonra onlar siyasətçini alqışlayıblar.
O, həmçinin “kişiləri qadın idmanından uzaqlaşdıracağına” söz verib.
Respublikaçı dəfələrlə transseksualların qadın idman yarışlarında iştirakını qadağan etmək niyyətində olduğunu bildirib. Bundan əlavə, Trump "transgender dəliliyini təşviq edən hər hansı bir məktəbə" federal maliyyəni kəsməklə hədələyib.
Bu ilin noyabrında “The Times” seçilmiş prezidentin bütün transgender hərbçiləri ordudan uzaqlaşdırmaq planlarından yazmışdı.
Gələcək prezident ABŞ-da doğuşa əsaslanan vətəndaşlığın aradan qaldırılması yollarını da axtarır. O, həmçinin turist vizalarının verilməsinə yanaşmanı sərtləşdirmək istəyir.
Almaz Həsənli