Portuqaliya yaxınlığında 250 batmış xəzinə gəmisi aşkar edilib

Portuqaliya yaxınlığında 250 batmış xəzinə gəmisi aşkar edilib

25 Dekabr 2024 07:50
Bəyəndim (0) Bəyənmədim (0)

Lissabondakı NOVA Universitetinin sualtı arxeoloqu Alexandri Monteiro bildirib ki, Azor adaları, Madeyra arxipelaqları və materik Portuqaliya sularında 250-yə yaxın batmış xəzinə gəmisi var. Observador Portuqaliyanın Lusa xəbər agentliyinə istinadən yazır.

Ekspert Alexandri Monteiro 1500-cü ildən bəri batmış gəmilərin məlumat bazasını tərtib edib, orada ümumilikdə 8620 gəminin adı çəkilir.

“Troya yarımadasının yaxınlığında 1589-cu ilə aid Nossa Senhora do Rosário adlı ispan gəmisi var. Gəmidə 22 ton qızıl və gümüş var,” Monteyro bildirir.

Arxeoloq onu da bildirib ki, o, bir dəfə 1615-ci ildə Faial adasının yaxınlığında yoxa çıxan Nossa Senhora da Luz gəmisinin qeydini tapıb. Alim dörd il arxivlərdə axtarış apardı və o, ilk sualtı dalğıc zamanı batan gəminin yerini tapdı.

Oxuməni.az