Yəməndən buraxılan pilotsuz təyyarə İsrailin cənubunda qəzaya uğrayıb

Yəməndən buraxılan pilotsuz təyyarə İsrailin cənubunda qəzaya uğrayıb

07:55
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail ordusu Yəməndən atılan pilotsuz uçuş aparatının ölkənin cənubuna düşdüyünü bildirib. Ordunun mətbuat xidmətindən verilən açıqlamaya görə, pilotsuz təyyarə “açıq əraziyə” düşüb.

Hava təhlükəsi səbəbindən İsrailin Qəzza zolağı ilə sərhədindəki bəzi bölgələrdə hava həyəcanı elan edilib. Ynet portalının məlumatına görə, Aralıq dənizi sahilində yerləşən böyük Aşdod şəhərində siren səsləri eşidilib.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxuməni.az