Tramp təhlükəsizlik zəmanəti olmadan Ukraynanı sülhə məcbur edə bilər

Tramp təhlükəsizlik zəmanəti olmadan Ukraynanı sülhə məcbur edə bilər

29 Dekabr 2024 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermədən onu sülh müqaviləsi bağlamağa məcbur edə bilər.

Bu barədə Financial Times yazır. Nəşrin sözlərinə görə, Tramp vəzifəyə gəldikdən sonra Rusiya prezidentini Mar-a-Laqo iqamətgahına “Şükran günü yeməyinə” də dəvət edə bilər.

Qeyd olunur ki, Ukrayna münaqişəsinin həlli Vaşinqton, Moskva və Pekin arasında “böyük razılaşmanın bir hissəsi kimi” baş tutacaq və onun şərtlərinə əsasən, Birləşmiş Ştatlar bir sıra təsir sferalarından imtina edəcək. Belə olan halda ABŞ-ın Avropa və Asiya müttəfiqləri öz müdafiələrini müstəqil şəkildə təmin etmək məcburiyyətində qalacaqlar.

“Tramp Ukraynanı təhlükəsizlik zəmanəti olmadan sülh sazişinə məcbur edir ”, - mesajda deyilir.

Oxuməni.az