Zurabişvilinin yeni iş yeri məlum olub

Zurabişvilinin yeni iş yeri məlum olub

8 Yanvar 14:33
Bəyəndim (1) Bəyənmədim (0)


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-ın Arizona Universitetinin Makkeyn İnstitutunun Kissincer Təqaüdçüsü olub. Bu barədə institutun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
“Makkeyn İnstitutunun Kissincer Təqaüdçüsü kimi Zurabişvili öz geniş diplomatik, liderlik və siyasi təcrübəsindən yeni seçkilərə və ölkəsinin demokratik inkişafına təkan vermək üçün istifadə edəcək”, - Gürcüstanın keçmiş liderinin yeni iş yerinin məlumatında qeyd edilib.
Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkasın sözlərinə görə, Salome Zurabişvili “siyasi cəsarət və dövlət idarəçiliyi ideallarını” təcəssüm etdirir. O, həmçinin onun Gürcüstanda demokratik dəyərləri qorumaq əzmini, eləcə də ölkəni demokratikləşdirmək üçün gələcək mümkün səylərini qeyd edir.
Gürcüstan prezidenti Salome Zurabişvilinin səlahiyyətləri dekabrın 29-da başa çatıb. Həmin gün Gürcüstanın yeni lideri Mixail Kavelaşvilinin andiçmə mərasimi olub. Zurabişvili ölkədə keçirilən parlament və prezident seçkilərinin nəticələrini tanımamasına baxmayaraq, iqamətgahını tərk edib.
Almaz Həsənli