Putin və Pezeşkian Qəzza və Suriyadakı vəziyyəti müzakirə edəcək

Putin və Pezeşkian Qəzza və Suriyadakı vəziyyəti müzakirə edəcək

17 Yanvar 12:10
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian danışıqlarda Suriya, Fələstin-İsrail münaqişəsi zonası və Zaqafqaziyadakı vəziyyəti müzakirə edəcəklər. Rusiya prezidentinin mətbuat xidməti görüşdən əvvəl bildirib ki, gündəliyə bir sıra başqa mövzular da daxil ediləcək.

"Gözlənilir ki, qarşıdan gələn yüksək səviyyəli danışıqlarda qlobal və regional gündəliyin qarşılıqlı maraq kəsb edən əsas məsələləri müzakirə olunacaq. Bunlara Yaxın Şərqdə, o cümlədən Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı daxildir.

Oxuməni.az