Böyük Britaniya və Polşa Rusiyadan gələn təhlükəyə qarşı birgə müdafiə müqaviləsi imzalayacaq

Böyük Britaniya və Polşa Rusiyadan gələn təhlükəyə qarşı birgə müdafiə müqaviləsi imzalayacaq

17 Yanvar 14:05
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya və Polşa Rusiyanı çəkindirmək üçün birgə fəaliyyət haqqındamüdafiə müqaviləsi imzalamağı planlaşdırır. Razılaşma baş nazir Keir Starmerin ofisində elan edilib.

Britaniya hökumətinin başçısının Varşavaya başlayan səfəri çərçivəsində bu məsələ əsas müzakirə hədəfi olacaq. Səfərin gündəliyinə müdafiə paktı və onun icrası ilə bağlı danışıqlar daxildir.

Starmer bildirib ki, Polşa və Böyük Britaniya arasında hərbi saziş geniş məsələləri əhatə edəcək. Pakt Rusiya Federasiyasından gələn təhlükəyə qarşı və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutur.

Böyük Britaniyada Polşa ilə müdafiə sazişinin bağlanması Avropa ilə sıx münasibətlərin yenilənməsi kimi təqdim olunur.

Krallıq əvvəllər Almaniya və Fransa ilə müqavilələr bağlamışdı. Yanvarın 16-da Keir Starmer və Volodimir Zelenski 100 illik tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin imzalanma mərasimi Kiyevdə baş tutub. Sənəd Böyük Britaniyaya Ukrayna ərazisində hərbi bazalar və onun hərbi gəmilərini Ukrayna limanlarında yerləşdirməyə icazə verir.

Əziz Mustafa, Oxuməni.az