ABŞ-ın keçmiş prezidenti Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyi ləğv ediləcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp məxfi sənədləri xüsusilə, 35-ci prezident Con Kennedinin öldürülməsi ilə bağlı olanları ictimaiyyətə açıqlamağa söz verib. Tramp bunu yanvarın 19-da Vaşinqtonda Capital One Arenada inauqurasiyadan əvvəl keçirilən mitinqdə çıxışı zamanı deyib.
“Bir çox sənədləri açacağıq. Xüsusilə, prezident Con Kennedinin və onun qardaşı Robert Kennedinin, eləcə də doktor Martin Lüter Kinqin öldürülməsi artıq sirr olmayacaq”, - Tramp bildirib.
O əlavə edib ki, “bütün bu sənədlər ictimaiyyətə açıqlanacaq”.
Con Kennedi 1961-ci ildə seçilmiş ABŞ-ın 35-ci prezidentidir. İki il sonra, 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərinə rəsmi səfəri zamanı güllələnib. Prezident korteji şəhər küçələri ilə hərəkət edərkən, prezidentə iki dəfə atəş səsləri eşidildi; Kennedi həkimlərin səyinə baxmayaraq yarım saat sonra dünyasını dəyişib.
Martin Lüter Kinq məşhur afro-amerikalı baptist vaiz, ABŞ-da qaradərililər üçün Vətəndaş Hüquqları Hərəkatının lideridir. Amerika cəmiyyətinin demokratikləşməsinə verdiyi mühüm töhfəyə görə 1964-cü ildə Nobel Sülh Mükafatını aldı. O, 1968-ci il aprelin 4-də 39 yaşında Tennessi ştatının Memfis şəhərində öldürülüb.
Əziz Mustafa, Oxuməni.az