Yaponiya ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizədə iştirakını vacib adlandırır
ABŞ-ın iqlim fəaliyyətində iştirakı vacib olaraq qalır. Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi ABŞ-ın yeni prezidenti Donald Trampın ölkəni yenidən Paris sazişindən çıxarmaq qərarını şərh edərkən deyib.
“İqlim dəyişikliyi bütün bəşəriyyətin üzləşdiyi aktual problemdir və əsas emissiyaçılar da daxil olmaqla bütün ölkələrin səyləri vacib olaraq qalır.
"ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə iştirakı vacib olaraq qalır. ABŞ-ın hərəkətlərini yaxından izləməyə davam etmək lazımdır, lakin istənilən halda Yaponiya iqlim dəyişikliyi problemi ilə fəal məşğul olmağa davam edəcək. ABŞ-la əməkdaşlıq yollarını araşdırır”, - Hayaşi əlavə edib.
Tramp andiçmə mərasimindən dərhal sonra Paris sazişindən yenidən çıxmaq barədə sərəncam imzalayıb. O, dəfələrlə qlobal istiləşmə konsepsiyasının elmi əsaslılığına şübhə etdiyini bildirib. 2017-ci ildə o, ABŞ-ı Paris iqlim sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə sazişdən çıxmaq prosesini başa vurmuşdu, lakin 2021-ci ilin yanvarında ABŞ-ın o zamankı prezidenti Co Bayden Vaşinqtonu Paris Sazişinə qaytaran sərəncam imzaladı.
Oxuməni.az