Netanyahu İordan çayının qərb sahilində əməliyyata başladığını elan edib
İsrail ordusu və təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “Dəmir divar” antiterror əməliyyatına başlayıb, Baş nazir Benyamin Netanyahu deyib.
“Bu, Yəhudeya və Samariyada təhlükəsizliyi gücləndirmək məqsədimizə nail olmaq üçün daha bir addımdır. Biz İranın tör-töküntülərinə qarşı qətiyyətlə hərəkət edirik ” - o bildirib.
İsrail Müdafiə Qüvvələri (IDF) də Cenində (Fələstin Muxtar Vilayəti) antiterror əməliyyatına başladığını elan edib. Əməliyyat İsrail təhlükəsizlik xidməti (Şabaq) və Sərhəd Polisi ilə birgə həyata keçirilir.
İordan çayının qərb sahili Fələstinin qismən tanınan hissələrindən biridir. Fələstin Milli Administrasiyası (PNA) tərəfindən idarə olunur. İkinci hissə-Qəzza zolağı islamçı HƏMAS hərəkatının nəzarətindədir. İsrail 15 aylıq müharibədən sonra HƏMAS-la atəşkəs sazişi imzalayıb.
Əziz Mustafa, Oxuməni.az