ABŞ Dövlət Departamenti öz missiyalarına LGBT bayraqlarının nümayişini qadağan edib

ABŞ Dövlət Departamenti öz missiyalarına LGBT bayraqlarının nümayişini qadağan edib

16:16
Bəyəndim (1) Bəyənmədim (0)

Dövlət Departamenti ölkə daxilində və xaricdəki missiyalara ABŞ milli bayrağından başqa hər hansı bayraq nümayiş etdirməyi qadağan edib. Bu barədə müvafiq memorandumun surətini əldə etmiş mühafizəkar “Washington Free Beacon” portalı məlumat yayıb.

“Bu gündən etibarən həm ölkə daxilində, həm də xaricdəki Amerika qurumlarında yalnız Amerika Birləşmiş Ştatlarının bayrağı dalğalana və ya nümayiş etdirilə və ABŞ hökumətinin materiallarında istifadə oluna bilər”, – portal sənəddən çıxarışa istinad edir. Sərəncamı pozan hər hansı Dövlət Departamentinin əməkdaşının “iş münasibətlərinə xitam verilməsi və müqavilənin ləğvi də daxil olmaqla intizam tənbehi” veriləcəyi aydınlaşdırılır.

ABŞ prezidenti Donald Tramp inauqurasiyasından sonra bir sıra fərmanlar imzalayıb, o cümlədən federal departamentlərdə bütün inklüzivlik və müxtəliflik proqramlarının bağlanması, həmçinin ABŞ-da yalnız iki cinsin - kişi və qadının tanınması.

Almaz Həsənli